BRICS sammitinin geniştərkibli iclası başladı - CANLI
23 Oktyabr 2024
15:03 - 5 İyun 2023
Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına və bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Baş prokuror Kamran Əliyev cari il iyunun 9-da, saat 10:00-da Hacıqabul Rayon Prokurorluğunun inzibati binasında Hacıqabul, Salyan rayon və Şirvan şəhər sakinlərinin qəbulunu keçirəcək.
Bu barədə Manset.az-a Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, vətəndaşların qəbulla bağlı qeydiyyatı və Hacıqabul rayonuna gəlmələrinin təşkili rayon prokurorları tərəfindən həyata keçiriləcək.
“Vətəndaşlar yaşadıqları ərazi üzrə rayon (şəhər) prokurorluqlarına yazılı və ya şifahi müraciət etməklə yanaşı, Baş Prokurorluğun Sənədlərlə və müraciətlərlə işin təşkili idarəsinin (012) 361-14-07 nömrəli telefonu, [email protected] elektron poçt ünvanı, həmçinin prokurorluğun sosial şəbəkələrdəki səhifələri (instagram, facebook, telegram, twitter) vasitəsilə də qəbula yazıla bilərlər”, - məlumatda qeyd olunub.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin