Rusiyada telekanallar ələ keçirildi: Priqojin danışır - VİDEO

08:20 - 24 İyun 2023

Rusiyada telekanallar ələ keçirildi: Priqojin danışır - VİDEO

Rusiyada müxtəlif telekanaların yayımına hakerlər tərəfindən müdaxilə edilib və "Vaqner" rəhbəri Yevgeni Priqojinin müraciəti səsləndirilib.

Manset.az  Axar.az-a istinadən bildirir ki, həmin səs yazısında Priqojin Rusiya hakimiyyətinin rüsvayçılığına son qoymağa və əhalini buna qarşı birləşməyə çağırış edir.

Qeyd edək ki, az öncə Priqojin Rusiya müdafiə naziri Sergey Şoyqunun Rostova gələrək, "Vaqner"ə qarşı artilleriya və hərbi təyyarələrdən istifadə edərək, böyük əməliyyat keçirdiyini bildirib. "Vaqner" düşərgələrinə endirilən zərbə nəticəsində yüzlərlə vaqnerçinin öldüyü və yaralandığını da iddia edib.

Bunun ardınca Priqojin "hərbi çevriliş elan edib" və Rostova doğru irəliləməyə başlayıb. Şoyqunun Rostovdan qaçdığını bildirən Priqojin onu qorxaq da adlandırıb.

Hazırda isə onun ordusu ilə Moskvaya getdiyi iddia edilir.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az