Heydərovdan Avropa birinciliyində 3 qızıl medal

18:50 - 7 İyul 2023

Heydərovdan Avropa birinciliyində 3 qızıl medal

Moldovanın paytaxtı Kişinyovda keçirilən 15 və 17 yaşlı yeniyetmə oğlan və qızlar arasında Avropa birinciliyi davam edir.

 

Manset.az xəbər verir ki, yarışda 40-a yaxın ölkədən 356 atlet (165 qız və 191 oğlan) iştirak edir. Onların arasında Azərbaycan yığmasının üzvləri də var. 

Bu dəfə körpücük üzərinə Hüseyn Heydərov çıxıb. O, yaşı 15-ə qədər olan oğlanlar arasında 81 kq çəki dərəcəsində mübarizə aparıb.

Atletimiz birdən qaldırma hərəkətində 118 kq-ı başı üzərinə qaldırıb və bu hərəkətdə Avropa birincilyinin qızıl medalına layiq görülüb.
O, təkanla qaldırma hərəkətində uğurlu çıxışla yadda qalıb. Hüseyn 139 kq-ı ram edib və bu hərəkətdə də Avropanın ən yaxşısı olub.
Toplam 257 kq (118+139) nəticə göstərən Heydərov yekun sıralamada da qızıl medal qazanaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.


Xəbər xətti

19 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin