Ərdoğan Putini sövdələşməyə qaytarmağa qadir yeganə liderdir

11:36 - 04 Avqust 2023

Ərdoğan Putini sövdələşməyə qaytarmağa qadir yeganə liderdir

Ukraynanın xarici işlər naziri Dmitro Kuleba Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Rusiya prezidenti Vladimir Putini Qara dəniz taxıl dəhlizi sazişinə qaytara biləcək yeganə lider olduğunu bildirib.

 

Manset.az xarici KİV-ə istinadən xəbər verir ki, Dmitro Kuleba bunu Ukraynanın dövlət agentliyi Ukrinforma açıqlamasında deyib.

Kuleba bildirib ki, Putinin bu razılaşmaya qayıtması ilə bağlı Ukrayna Türkiyə ilə qarşılıqlı əlaqədədir.  

Qeyd edək ki, Rusiya-Ukrayna müharibəsinin qlobal ərzaq qiymətlərinə təsirini azaltmaq üçün Birləşmiş Millətlər Təşkilatı (BMT), Rusiya, Türkiyə və Ukrayna 22 iyul 2022-ci il tarixində İstanbulda keçirilən mərasimdə Qara Dəniz Taxıl Dəhlizi Sazişini imzalayıb. Kremlin sözçüsü Dmitriy Peskov isə iyulun 17-də vaxtı bitmiş sazişlə bağlı açıqlamasında bildirmişdi ki, Taxıl dəhlizi sazişi əslində başa çatıb. Müvafiq şərtlər yerinə yetirilən kimi Rusiya dərhal taxıl sazişinə qayıdacaq. Rusiya ilə bağlı razılaşmanın bir hissəsi yerinə yetirilməyib.

Aygün

Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az