Bakıda ailədə şiddətə məruz yaşlı əlil qadın xəstəxanada dünyasını dəyişib.
Manset.az-ın əldə etdiyi məlumata görə, 65 yaşlı Rəsmiyyə Hacıyeva Ə.D. Məlikov adına 6 saylı birləşmiş şəhər xəstəxanasında vəfat edib. İlkin məlumata görə, o, ürəkçatışmazlığından ölüb.
Qeyd edək ki, bir ayağı amputasiya olunan 65 yaşlı Rəsmiyyə Hacıyeva Biləcəri qəsəbəsinin Məlik Aslanov küçəsində oğlu və gəlini ilə birgə yaşayıb. Sosial şəbəkələrdə qadının evdə gəlini və oğlunun şiddətinə məruz qaldığı, diləndirildiyi bildirilirdi. Azad Azərbaycan Televiziyası (ATV) həmin yaşlı qadınla bağlı reportaj hazırlamışdı.