Azərbaycanda körpünün uçması nəticəsində xəsarət alanlar belə xilas edilib - VİDEO

13:05 - 15 Sentyabr 2023

Azərbaycanda körpünün uçması nəticəsində xəsarət alanlar belə xilas edilib - VİDEO

Xaçmaz rayonu, Köhnə Xaçmaz kəndi ərazisində Gəndob-Xaçmaz-Yalama-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 27-ci kilometrliyində körpü uçub.

 

Manset.az trend-ə istinadən xəbər verir ki, hadisə nəticəsində xəsarət alanların xilas edilmə görüntüləri sosial şəbəkələrdə yayılıb.

Qeyd edək ki, intensiv yağıntılar nəticəsində yaranmış güclü sel suları səbəbindən Xaçmaz rayonu, Köhnə Xaçmaz kəndi ərazisində Gəndob-Xaçmaz-Yalama-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 27-ci kilometrliyində körpü uçub. Nəticədə Xaçmaz-Xudat yolu bağlanıb.

Hadisə nəticəsində TƏBİB-in tabeliyindəki Xaçmaz Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə 3 nəfər (kişi) yerləşdirilib.


Xəbər xətti

22 Oktyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin