“ABŞ demokratiya adı altında İraq və Yaxın Şərqdə qanlar töküb” - RƏY

19:20 - 16 Sentyabr 2023

“ABŞ demokratiya adı altında İraq və Yaxın Şərqdə qanlar töküb” - RƏY

“ABŞ demokratiya adı altında İraq və Yaxın Şərqdə qanlar töküb”.

 

Manset.az “Report”a istinadən xəbər verir ki, bunu Azərbaycanda Minadan Zərərçəkənlərin Assosiasiyası İctimai Birliyinin sədri Rey Kərimoğlu deyib.

Onun sözlərinə görə, ABŞ həmişə ikili standartlarla hərəkət edib və onun demokratiya adı altında sərgilədiyi davranış insan hüquqlarına ziddir:

“ABŞ özünü insan hüquqlarının zəmanətçisi kimi göstərsə də, ATƏT-in Minsk qrupunun həmsədri kimi Azərbaycan torpaqlarının 30 illik işğalı dövründə olanlara göz yumub. Ötən 30 il ərzində heç bir iş görmədiyi bir yana, heç işğalçıya öz adı isə səslənmədi. Əvəzində isə separatçı rejimə müxtəlif adlar və yollarla milyonlarla dollar qrant ayırıb. Bu gün Ukrayna, Gürcüstan məsələlərindən fərqli olaraq ABŞ-nin Azərbaycana münasibəti çox etinasızdır, bir sözlə ABŞ adına ayıbdır. Azərbaycan vətəndaşları ABŞ-dən bu addımı gözləmirdi. ABŞ-nin etdiyi siyasi əxlaqsızlıqdır və bu, yolverilməzdir”.


Xəbər xətti

9 Sentyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin