Hindistan Kanada vətəndaşları üçün vizaları dayandırdı

14:30 - 21 Sentyabr 2023

Hindistan Kanada vətəndaşları üçün vizaları dayandırdı

Kanadada separatçı təşkilatı Khalistan Liberation Force (KLF) lideri Hardeep Singh Niccarın öldürülməsindən sonra yaranan mübahisəyə görə Hindistan Kanada vətəndaşlarına verilən vizaları dayandırıb.

 

Manset.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Kanadada Hindistan viza müraciətlərini qəbul etməyə səlahiyyətli təşkilat BLS International-ın internet saytından açıqlama verilib.

Bildirilib ki, 21 sentyabr tarixindən etibarən əməliyyat səbəblərinə görə Hindistan viza xidmətləri növbəti bildirişə qədər dayandırılıb.

Hindistan rəsmisi mətbuata açıqlamasında qərarı təsdiqləsə də, qərarın səbəbi ilə bağlı açıqlama verməyib.

Aygün

Manşet.az


Xəbər xətti

23 Yanvar 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin