ABŞ-nin ən varlı adamı o oldu

19:41 - 03 Oktyabr 2023

ABŞ-nin ən varlı adamı o oldu

“SpaceX”in qurucusu, “Tesla”nın baş direktoru və “X” sosial şəbəkəsinin rəhbəri İlon Mask “Forbes” jurnalının hər il tərtib etdiyi TOP 400 ən zəngin ABŞ vətəndaşı siyahısında növbəti dəfə birinci olub.

 

Manset.az xarici KİV-ə istinadən xəər verir ki, jurnal Maskın sərvətini 251 milyard dollar qiymətləndirir.

Mask bu siyahının ikinci nömrəsi olan “Amazon”un qurucusu Ceff Bezosdan 90 milyard dollar, İT şirkəti “Oracle”ın qurucusu və direktorlar şurasının sədri Larri Ellissondan isə 93 milyard dollar daha varlı olduğu ortaya çıxdı.

Nəşr vurğulayır ki, ümumilikdə ABŞ-nin ən varlı adamları bir il əvvəlkindən 500 milyard dollar daha varlıdırlar.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv