Müğənni Nigar Camal sosial şəbəkə paylaşımı ilə diqqət çəkib.
Manset.az xəbər verir ki, sənətçi şəxsi instaqram hesabında II Dünya Müharibəsində iştirak edən babası Şahsuvar Zeynalovun fotolarını paylaşaraq onu ad günü münasibətilə təbrik edib:
"Ad günün mübarək, baba" - deyə, sənətçi paylaşımda qeyd edib.
Məlumat üçün bildirək ki, Nigar Camalın babası Şahsuvar Heydəroviç Zeynalov II Dünya Müharibəsi dövründə neft daşınması və saxlanılmasının təhlükəzliyini təmin edib.
Bu barədə müğənni müsahibələrindən birində qeyd edib.