Alena Əliyevadan Heydər Əliyevlə bağlı duyğusal PAYLAŞIM

11:22 - 09 May 2025

Alena Əliyevadan Heydər Əliyevlə bağlı duyğusal PAYLAŞIM

Prezident İlham Əliyevin gəlini Alena Əliyeva sosial media hesabında duyğusal paylaşım edib. 


Manset.az xəbər verir ki, o, süni intellekt tərəfindən hazırlanmış videonu izlədikdən sonra kövrəldiyini bildirib. Alena Əliyeva paylaşımında qeyd edib:

“Əvvəlcə bu videonun üzərində əziyyət çəkən Vətəndaşımıza təşəkkür edirəm. Bu video bizi çox kövrəltdi. Video süni intellekt ilə bacarıqlı vətəndaşlarımız tərəfindən yaradılsa da, çox kövrəldik. Dahi Babamızın bizə qucaq açmağı belə gözlərimizi yaşlarla doldurmağa bəs etdi. Qəlbimdəki kəlimələri necə yazım, bilmirəm, çünki Dahi Babamız Heydər Əliyev üçün nə desək də, yenə də azdır. Allah rəhmət eləsin.”

Həmin paylaşımı təqdim edirik:




Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv