Kredit borcuna görə ölkədən çıxışa qadağa qoyulur? - AÇIQLAMA

10:48 - 05 May 2025

Kredit borcuna görə ölkədən çıxışa qadağa qoyulur? - AÇIQLAMA

Azərbaycanda kredit götürən vətəndaşların ölkədən çıxışına qadağa qoyulması məsələsi bir çox borclunun narahatlığına səbəb olur. Bəs, həqiqətənmi vətəndaş hansısa banka borclu olduğu halda, ölkədən çıxışına qadağa qoyulur? Ümumiyyətlə hansı hallarda ölkədən çıxışa qadağa qoyula bilər? 


Mövzu ilə bağlı Manset.az-a danışan vəkil Ramil Süleymanov bildirib ki, ölkədən çıxışa qoyulan qadağa yalnız bank kreditlərinə görə tətbiq olunmur:


"Eyni zamanda vətəndaşın vergi öhdəlikləri, məcburi dövlət sosial sığorta haqları və ya məhkəmə qətnaməsinin icrası ilə bağlı maddi öhdəlikləri varsa, bu hallarda da onun ölkədən çıxışına məhdudiyyət qoyula bilər. Qeyd etmək istəyirəm ki, sadəcə bankda kredit borcunun olması vətəndaşın ölkədən çıxışına birbaşa qadağa qoyulması üçün əsas sayılmır".

Vəkil qeyd edib ki, ölkədən çıxış məhdudiyyətinin tətbiqi yalnız məhkəmə qərarı əsasında baş verir:

"Əgər vətəndaşın  barəsində qüvvəyə minmiş məhkəmə qətnaməsi icra olunmursa və ya icra gecikdirilirsə, icra məmuru bu barədə məhkəməyə təqdimat verir. Məhkəmə həmin vəziyyəti qiymətləndirərək şəxsin ölkədən çıxışına məhdudiyyət qoyulması ilə bağlı qərar qəbul edə bilər. Bu məhdudiyyət yalnız həmin qərarın qüvvəyə minməsi ilə hüquqi nəticə doğurur".


Seyranə Quliyeva


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv