“Putin namizəd olmaq qərarına gəlsə, heç kim onunla rəqabət apara bilməyəcək” – Peskov

14:42 - 06 Noyabr 2023

“Putin namizəd olmaq qərarına gəlsə, heç kim onunla rəqabət apara bilməyəcək” – Peskov

Rusiya prezidenti Vladimir Putinin 2024-cü ilin martında keçiriləcək seçkilərdə yenidən namizəd olacağı iddia edilib.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Kremlin sözçüsü Dmitri Peskov son həftələrdə verdiyi açıqlamada əgər Putin namizəd olmağa qərar verərsə, heç kimin onunla rəqabət apara bilməyəcəyini bildirib.

Beləki, əgər Putin namizəd olarsa və seçilərsə, onun 2030-cu ilə qədər hakimiyyətdə qalmasının yolu açılacaq.

Hələlik Kremldən məsələ ilə bağlı heç bir açıqlama verilməyib.

Qeyd edək ki, oktyabrın 7-də 72 yaşı tamam olan Putin 1999-cu ilin son günündə Boris Yeltsin tərəfindən prezident təyin edilib. İosif Stalindən sonra bütün Rusiya monarxlarından daha uzun müddət prezident olub və hətta Leonid Brejnevin 18 illik səlahiyyət müddətini də keçib.

Əfsanə

Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az