Məşhur moda brendi Christian Dior illərdir Fələstin əsilli məşhur ulduz model Bella Hadidlə işini dayandırıb.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, İsrailin Maariv qəzetində dərc olunan məqalədə markanın israilli model May Tagerlə anlaşdığı iddia edilib.
Bildirilib ki, Dior markasının keçmiş kampaniyalarını idarə edən Bella Hadid Fələstinin tərəfdarı idi və tez-tez İsrail əleyhinə danışırdı. Bir çox şirkətin İsraili dəstəkləməkdən qaçdığı bu dövrdə marka israilli model May Tager daha əvvəl Bella Hadidin iştirak etdiyi Dior kampaniyasına rəhbərlik edir.
Fələstin əsilli məşhur model Bella Hadid münaqişələrlə bağlı bunları deyib:
"Karyeram dayansa belə, Fələstini dəstəkləməyi heç vaxt dayandırmayacağam. Modellik işlərini itirməkdən qorxmuram və Fələstinlə bağlı səsimi ucaltmağa davam edəcəyəm. İsrailin baş naziri Netanyahu yeni Hitlerdir! 2,5 milyon fələstinli üçün yeni qəbiristanlıq yaratmaq üçün çalışır. O müasir dünyanın Hitleridir. Əgər İsrail savaşmağı dayandırarsa, barış olar, amma fələstinlilər dayanarsa Fələstin yox olar”.
Əfsanə
Manşet.az