“İsrail və HƏMAS razılaşmaya yaxındır” - Bayden

12:19 - 21 Noyabr 2023

“İsrail və HƏMAS razılaşmaya yaxındır” - Bayden

ABŞ prezidenti Co Bayden İsrail və HƏMAS arasındakı müharibədə HƏMAS tərəfindən saxlanılan girovlarla bağlı mümkün razılaşmanın yaxın olduğunu bildirib.  

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Bayden HƏMAS-ın girov saxladığı insanlarla bağlı razılaşmanın yaxın olduğuna inandığını söyləyib.

Qeyd edək ki, Həmas saxladığı girovlarla bağlı tez-tez razılaşmanın vacibliyini gündəmə gətirir. Təşkilat bu müqavilənin atəşkəsi də ehtiva etməli olduğunu bildirib. Lakin Təl-Əviv atəşkəsi ehtiva edən razılaşmaya qəti şəkildə qarşı çıxır. İsrail rəsmiləri, xüsusilə də İsrailin Baş naziri Binyamin Netanyahu, "Həmas məhv edilənə qədər müharibə davam edəcək" deyərək atəşkəsi rədd edir.

Əfsanə

Manşet.az

 


Xəbər xətti

19 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin