Şokolad sevənlərə kədərli xəbər!

12:37 - 21 Noyabr 2023

Şokolad sevənlərə kədərli xəbər!

Kakaonun qiyməti tədarük çatışmazlığı səbəbindən 1978-ci ildən bəri ən yüksək həddə çatıb.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, şokoladın əsas tərkib hissəsi olan kakaonun metrik ton qiyməti Nyu-York birjasında 4 min dolları ötüb.

Qiymətlərin artmasına səbəb olan amillərdən biri də ən böyük kakao istehsalçıları olan Qana və Fil Dişi Sahilində pis hava şəraitidir. Pis hava şəraiti ilə əlaqədar məhsul yığımına gec başlansa da, kakaoda tədarük çatışmazlığı ilə bağlı narahatlıqları da gətirib.

Bu il yüzdə 40 dəyər qazanan kakao hələ 1977-ci ildəki 5 min 379 dollar səviyyəsinə çatmasa da, təklif tərəfindəki mənfi vəziyyətin bir müddət daha kakaonun qiymətlərinə təsir edəcəyi gözlənilir.

Kakaonun qiymətinin qalxması bütün dünyada rəflərdə olan qəlyanaltı məhsullarında əksini tapacaq.

Əfsanə

Manşet.az

 


Xəbər xətti

19 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin