Cəlal Arutyunyanın cinayət işi məhkəməyə göndərildi

20:22 - 28 Noyabr 2023

Cəlal Arutyunyanın cinayət işi məhkəməyə göndərildi

Qarabağdakı separatçı rejimin “Müdafiə Ordusunun” keçmiş komandanı Cəlal Arutyunyana qarşı cinayət işi məhkəməyə göndərilib.

 

Manset.az  Report-a istinadən xəbər verir ki, o, xidməti səhlənkarlıqda ittiham olunur.

Qeyd edək ki, İkinci Qarabağ müharibəsindən sonra C.Arutyunyana qarşı cinayət işi açılmışdı.
İttihama görə, 12 oktyabr 2020-ci il tarixində elan olunmuş hərbi vəziyyət zamanı "Müdafiə Ordusunun komandanı", general-leytenant rütbəsi ilə dövlət qulluqçusu olan Cəlal Arutyunyan xidmətə səhlənkar münasibət göstərib və bu səhlənkarlıq ağır nəticələrə səbəb olub.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv