Heyvanı vurmasın deyə "Mercedes"i aşırdı: Yaralılar var

22:21 - 28 Noyabr 2023

Heyvanı vurmasın deyə \"Mercedes\"i aşırdı: Yaralılar var

Göygöldə iki nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

 

Manset.az xəbər verir ki, hadisə Göygöl-Hacıməlik yolunda qeydə alınıb.

Belə ki, hərəkətdə olan "Mercedes" markalı avtomobil anidən yolda heyvanı vurmaqdan yayınmağa çalışdığı zaman idarəetmədən çıxaraq yol kənarına aşıb. Nəticədə avtomobildə olan, 1999-cu il təvəllüdlü Elçin Əzizov və daha 1 nəfər xəsarət alıb.

Xəsarət alan şəxslər xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv