Azərbaycan Prezidenti İlham Əliyev Xankəndi şəhərində Qarabağ Universitetinin yaradılması ilə bağlı sərəncam imzalayıb.
Manset.az xəbər verir ki, Qarabağ Universiteti Xankəndidə yerləşən ali təhsil müəssisəsinin əsasında yaradılacaq.
Sözügedən təhsil ocağı 1969-cu ildə Azərbaycan Pedeqoji Universitetinin filialı kimi fəaliyyətə başlayıb, 1973-cü ildə isə müstəqil təhsil müəssisəsinə çevrilib.
1991-ci ildə isə Xankəndi işğal olunduqdan sonra universitet separatçı rejimin nəzarətinə keçmişdi.