Baydendən seçki şərti: “Tramp yoxdursa, mən də yoxam”

15:39 - 06 Dekabr 2023

Baydendən seçki şərti: “Tramp yoxdursa, mən də yoxam”

ABŞ-da gələn il keçiriləcək seçkilər öncəsi yaşı müzakirə mövzusu olan prezident Co Baydenin namizədlik şərti müzakirələrə səbəb olub.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, ölkənin ən yaşlı lideri olan Bayden ilk dəfə namizəd ola bilməyəcəyinə işarə edib.

Partiya bağışçıları ilə görüşdüyü özəl tədbirdə çıxış edən Bayden, Respublikaçı rəqibi Donald Trampın namizəd olmayacağı təqdirdə, o da yarışdan geri çəkiləcəyini bildirib.

81 yaşlı Bayden "Tramp namizədliyini irəli sürməsə, namizəd olacağıma əmin deyiləm" deyib.

Əfsanə

Manşet.az  


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az