Sabiq deputatın meyiti tapıldı

21:29 - 06 Dekabr 2023

Sabiq deputatın meyiti tapıldı

Moskva vilayətində Ukrayna Ali Radasının keçmiş deputatı İlya Kivanın meyiti tapılıb.

 

Manset.az xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.

“Keçmiş xalq deputatı İlya Kiva Moskva vilayətində ölü tapılıb. Ukraynalı siyasətçinin meyiti Moskva yaxınlığındakı Odintsovoda tapılıb”, məlumatda deyilir.

İlya Kiva OPZZ fraksiyasından 9-cu çağırış Ukrayna Ali Radasının xalq deputatı, hüquq-mühafizə fəaliyyətinə qanunvericilik dəstəyi komitəsinin üzvü (2019-2022) olub. 2022-ci ilin fevralında böyük müharibə başlayandan o, Rusiya Federasiyasına gedib. Sərt anti-Ukrayna ritorikası ilə çıxış edib.

2022-ci ilin yazından Böyük Britaniya, Avstraliya, Kanada və Ukraynanın sanksiyaları altında idi. Ukraynada vətən xaini elan edilmişdi.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv