"Əhalinin sıx toplaşdığı ərazilər, təhsil ocaqları nəzarətə götürülüb" - Elşad Hacıyev

12:35 - 07 Dekabr 2023

\"Əhalinin sıx toplaşdığı ərazilər, təhsil ocaqları nəzarətə götürülüb\" - Elşad Hacıyev

Zəlzələdən sonra polis gücləndirilmiş iş rejiminə keçib. Bu dəqiqələrə qədər DİN-ə dağıntılarla bağlı məlumat daxil olmayıb.

 

Manset.az xəbər verir ki, bunu dekabrın 7-də Xəzər dənizində baş vermiş zəlzələ ilə dair brifinqdə DİN-in Mətbuat xidmətinin rəisi Elşad Hacıyev deyib. O bildirib ki, əhalinin sıx toplaşdığı ərazilər, təhsil ocaqları zəlzələ baş verdiyi andan polis əməkdaşları tərəfindən nəzarətə götürülüb.

"Bütün zəruri addımlar atılıb. Vətəndaşları belə hallarda təmkinli olmağa çağırırıq", - deyə o qeyd edib.

Oğurluq hallarının olub-olmaması ilə bağlı sualı cavablandıran Elşad Hacıyev deyib ki, belə bir fakt qeydə alınmayıb


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv