Fransada fermerlərin saxladıqları xoruzların banlaması, itlərin hürməsi və kənd təsərrüfatı maşınlarının səs-küyünə görə narahat olan insanların fermerləri məhkəməyə verməsindən sonra “kənd ərazisi səsləri və qoxuları haqqında qanun” qəbul edilib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, bu barədə Ədliyyə naziri Erik Dupond-Moretti X sosial media platformasında paylaşımın edib.
Qanunun məqsədi qonşular arasında münaqişələri məhdudlaşdırmaq və fermerlərə qarşı iddiaların qarşısını almaqdır.
Hakim çoxluqda olan deputat Nikol Le Peyh tərəfindən təqdim edilən və prezident Emmanuel Makron hökuməti tərəfindən dəstəklənən layihə 12 əleyhinə 78 səslə qəbul edilib və səsvermə üçün Senata göndərilib.
Əfsanə
Manşet.az