Livandan İsrailin şimalındakı Qərbi Qaliley bölgəsinə tank əleyhinə raketlərlə hücum edilib.
Manset.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə İsrail ordusu açıqlama verib.
Açıqlamada hücumun həyata keçirildiyi bölgələrin İsrail ordusuna məxsus helikopter, tank və artilleriya atəşi ilə vurulduğu qeyd edilib.
Digər tərəfdən, İsrail təcili yardım xidmətinin verdiyi açıqlamada hücumçu nəticəsində bir israillinin öldüyü bildirilib.
Oktyabrın 8-dən Livan-İsrail sərhədində İsrail ordusu ilə Hizbullah arasında toqquşmalar gedir.
Qarşıdurmalarda 92 Hizbullah üzvü, 1 Livan əsgəri və 6 İsrail əsgəri həlak olub. Toqquşmalar həmçinin Livanda 3-ü uşaq və 3-ü jurnalist olmaqla 23 mülki şəxsin, İsraildə isə 5 mülki şəxsin ölümünə səbəb olub.
Jalə
Manşet.az