Yaponiyada baş verən hadisə beynəlxalq ictimaiyyətin gündəminə düşüb.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Yaponiyanın Hakodate şəhərində Toi limanı yaxınlığında on minlərlə sardina və ton balığı sahilə çıxıb.
Şəhər idarəsi və əyalət hökuməti hadisə ilə bağlı araşdırma başlasa da, balıqların təmizlənməsi üçün işlərin davam etdiyini açıqlayıb.
Yaponiya mediasına danışan 65 yaşlı balıqçı, “Mən sahildə çıxan balıqların oksigen çatışmazlığından daha əvvəl öldüyünü görmüşdüm, amma bu qədər balığın öldüyünü ilk dəfə görürəm" deyib.
Əfsanə
Manşet.az