Türkiyəli müğənni İlyas Yalçıntaş "Ramsay Hunt" sindromu olduğunu açıqlayıb.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Yalçıntaş mübarizə apardığı xəstəliyi sosial media hesabından paylaşıb və bu barədə pərəstişkarlarını məlumatlandırıb.
Xəstəliyi ilə bağlı məlumat verən müğənni eşitmə və tarazlıq problemi olduğunu bildirib.
2 aydır xəstəxanadan xəstəxanaya getdiyini bildirən məşhur müğənni xəstəliyinin müalicə olunduğunu öyrənincə çox sevindiyini deyib.
Qeyd edək ki, tibbi olaraq “herpes zoster oticus” olaraq bilinən “Ramsay Hunt” sindromu, suçiçəyi və zona xəstəliyinə də səbəb olan “varicella zoster” virusunun qulaq, üz və ya ağız ətrafında səpgilərə və üz iflicinə səbəb olduğu bir xəstəlikdir. Bu xəstəlik 1907-ci ildə təsvir edilmiş və adını Ceyms Ramsey Hant adlı bir nevroloqun almışdır. Uşaqlıq suçiçəyinə səbəb olan virus (Varicella-zoster virusu) illərlə sinirlərdə hərəkətsiz qala bilər. Zona xəstəliyi bu hərəkətsiz virusun yenidən aktivləşməsi nəticəsində yaranır. Ramsay Hunt sindromu bu virusun üz sinirlərinə yayılması nəticəsində yaranır.
Əfsanə
Manşet.az