Apple və LG razılığa gəldi: Yeni model iPhone gəlir

15:41 - 08 Dekabr 2023

Apple və LG razılığa gəldi: Yeni model iPhone gəlir

Apple "tamamən ekrandan ibarət" iPhone istehsal etmək üçün qollarını çırmalayıb.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, şirkət kameranı ekranın altına yerləşdirmək üçün LG ilə əməkdaşlıq edəcək.

Smartfonlar hər il daha təkmilləşmiş kamera və panel xüsusiyyətləri ilə qarşımıza çıxır. Bununla belə, ekran altı kamera (UDC) texnologiyası hələ də gözlənildiyi kimi deyil.

Telefon istehsalçılarının əksəriyyəti görüntü keyfiyyətinin pisləşməsi səbəbindən hələ də telefonlarında ekranın altındakı kameralardan istifadə etməyə başlamayıb.

Əldə edilən məlumata görə, çentiksiz ekranlı ilk iPhone modeli 2026-cı ildə gələcək. O vaxta qədər Apple hazırkı modellərdə istifadə edilən Dinamik Ada dizaynını daha da kiçildəcək.  

Əfsanə

Manşet.az


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv