2024-cü ilin rəngi açıqlandı: “Pantone 13-1023 Şaftalı Dumanı”

16:37 - 08 Dekabr 2023

2024-cü ilin rəngi açıqlandı: “Pantone 13-1023 Şaftalı Dumanı”

Pantone 2024-cü ilin rəngini seçib.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Pantone 13-1023 “Şaftalı Dumanı” 2024-cü ilin rəngi seçilib.

Pantone ilin rəngini "Başqaları ilə birlikdə olmaq istəyimizi və bunun yaratdığı emosiyaları vurğulayan isti və rahat rəng" olaraq xarakterizə edib.

“Şaftalı Dumanı”nın seçilməsinin səbəbi odur ki, o, böyük həssaslıq hissi verir və səmimiyyətlə mərhəmət, paylaşma, icma və əməkdaşlıq mesajlarını verir.

“Şaftalı Dumanı”nın, həmçinin, dad, görmə, toxunma və qoxu duyğularımız arasında da simbiotik əlaqə yaratdığını ifadə edən Pantone builki rəng seçimindən çox məmnundur.

Əfsanə

Manşet.az


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv