"ABŞ-ın əsas narahatlığı ukraynalıların həyatı bahasına olsa belə, həmişə amerikalıların özləri olub."
Manset.az xarici KİV-ə istinadən xəbər verir ki, Peskov jurnalistlərə açıqlamasında ABŞ-ın Ukraynaya yardımını və yardım çağırışlarını dəyərləndirib.
Amerikalıların çox praqmatik olduğunu və məqsədlərinin özlərinin rifahı olduğunu bildirən Peskov, “Ukrayna başa düşməlidir ki, ABŞ-ın əsas narahatçılığı onlar deyil. ABŞ-ın əsas narahatlığı həmişə amerikalıların özləri olub, hətta ukraynalıların həyatı bahasına olub."
ABŞ-ın Avropaya tədarük etdiyi bahalı enerji qaynaqlarından, qaz və neftdən milyardlarla dollar qazandığına diqqət çəkən Peskov, təəssüflənərək, Ukrayna məsələsində bu, ukraynalıların həyatı bahasına başa gəldiyini bildirib.
Böyük Britaniyanın xarici işlər naziri Devid Kemeronun Rusiyanı Ukraynada dayandırmaq mümkün olmasa, prezident Vladimir Putinin daha çox müddətə qayıdacağı və bunun ABŞ və Avropanın təhlükəsizliyinə təhdid yaradacağı ilə bağlı açıqlamalarına gəlincə, Peskov, “Deputatlar sadəcə olaraq səs verirlər. Daha çox pul ayıraraq, onları pul verməyə inandırmaq üçün hər cür hiylə işlədirlər." deyib.
Jalə
Manşet.az