Nazirliyin yeni mətbuat katibi kimdir? - Dosye

22:43 - 08 Dekabr 2023

Nazirliyin yeni mətbuat katibi kimdir? - Dosye

Azərbaycan Elm və Təhsil Nazirliyində yeni təyinat olub.

 

Manset.az  teleqraf.com-a istinadən bildirir ki, Nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsi yaradılıb və ora Səbuhi Rzayev müdir təyin olunub.

Qeyd edək ki, Səbuhi Rzayev buna qədər nazirliyin Vətəndaş müraciətləri ilə iş və kommunikasiya şöbəsinin müdiri vəzifəsində çalışıb. Bu vəzifəsinə kimi isə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında fəaliyyət göstərib.

1988-ci il təvəllüdlü S.Rzayev Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının və İngiltərənin York Universitetinin məzunu olub.

Qeyd edək ki, Elm və Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov vəzifəsindən azad olunub.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv