Daha 30 ailə Laçına köçürüldü

08:51 - 22 Dekabr 2023

Daha 30 ailə Laçına köçürüldü

Laçın rayonunun yenidən salınan Zabux kəndinə növbəti köç karvanı yola çıxıb.

 

Manset.az AzərTac-a istinadən xəbər verir ki, müxtəlif ərazilərdə yataqxana, sanatoriya, pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət növbəti köç karvanı Bakı şəhərinin Qaradağ rayonundan yola salınıb.

Bu mərhələdə Zabux kəndinə daha 30 ailə - 121 nəfər köçürülüb.

Xatırladaq ki, indiyədək Zabux kəndində 176 ailənin, yəni 688 nəfərin daimi məskunlaşması təmin edilib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az