İmişlidə kanalda batan uşağın axtarışı aparılır - VİDEO

15:42 - 02 Yanvar 2024

İmişlidə kanalda batan uşağın axtarışı aparılır - VİDEO

Xəbər verildiyi kimi, Boztəpə kanalının İmişli rayonunun Qaragüvəndikli kəndi ərazisindən keçən hissəsində 2023-cü il 26 dekabr tarixdə batdığı ehtimal olunan azyaşlının Fövqəladə Hallar Nazirliyi (FHN) Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən axtarışları aparılır.

 

Nazirliyin mətbuat xidmətindən Manset.az-a verilən məlumata görə, kanalda suyun səviyyəsi aşağı salınmaqla, hazırda FHN-in dalğıc-xilasediciləri kanalda batması ehtimal edilən 2013-cü il təvəllüdlü Xankişiyev Rasim Vasif oğlunun axtarış-xilasetmə əməliyyatını davam etdirirlər.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv