İngiltərədən qeyri-qanuni türk mühacirlərinə qarşı addım: Geri göndərəcəklər

16:10 - 09 Yanvar 2024

İngiltərədən qeyri-qanuni türk mühacirlərinə qarşı addım: Geri göndərəcəklər

İngiltərə türkiyəli mühacirlərin qeyri-qanuni yollarla ölkəyə daxil olmasının qarşısını almaq məqsədilə Ankara ilə görüşmək qərarına gəlib.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Daxili İşlər Nazirliyinin aparacağı danışıqlarda məqsəd qanunsuz türklərin ekstradisiyasıdır.

İngiltərə mətbuatı İngiltərəyə gedən qeyri-qanuni türk mühacirlərinin sayının 2022-ci ildə 1127-dən keçən il 3060-a yüksəldiyini, beləliklə də türklərin Əfqanıstan və İrandan sonra üçüncü yerdə olduğunu yazıb.

İngiltərə hökumət rəsmisi Manş boğazı vasitəsilə ölkəyə qayıqlarla gələn türklərin daha çox iqtisadi səbəblərdən İngiltərəyə qaçdığını bildirib.

Əfsanə

Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az