Avropada 2024-cü ilin iyul ayından etibarən bütün minik avtomobilləri, eləcə də yüngül yük avtomobilləri və furqonlar “qara qutular” - nəqliyyat vasitələrinin hərəkət parametrlərini qeyd edən bort qeydləri ilə təchiz ediləcək.
Manset.az Türk mediasına istinsdən xəbər verir ki, bu barədə “Motor1” məlumat yayıb.
Sürücü oturacağından əlavə səkkizə qədər sərnişin oturacağı olan M1 sinifli avtomobillər üçün standart avadanlıq kimi "hadisə məlumatlarının yazıcılarının" (EDR) quraşdırılması nəzərdə tutulub. Avropa Komissiyasının EDR-nin məcburi quraşdırılmasına dair tələbi, ümumi çəkisi 3,5 tona qədər olan N1 kateqoriyalı kommersiya avtomobillərinə də şamil ediləcək.
Avropa Komissiyasının sənədlərinə əsasən, EDR sürət qeydini, əyləc parametrləri, avtomobilin yolda mövqeyi və onun əyilməsi, həmçinin təhlükəsizlik sistemlərinin reaksiyasını təmin etməlidir. O, həmçinin 2018-ci ildən Avropada məcburi hala gələn eCall təcili zəng sisteminin aktivləşdirilməsini qeyd etməlidir.
Jalə
Manşet.az