Özünü məsih elan edən şəxs Baydeni hədələdi

14:16 - 31 Yanvar 2024

Özünü məsih elan edən şəxs Baydeni hədələdi

ABŞ-da özünü məsih elan edən və atasının başını kəsərək öldürən Castin Mohn paylaşdığı videoda ABŞ prezidenti Co Baydeni hədələyib.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Pensilvaniya ştatında birlikdə yaşadıqları evdə 68 yaşlı atasının başını kəsərək öldürən Castin Mohn nəzarətə götürülüb.

Mohn nəzarətə götürülməzdən əvvəl YouTube-a atasının kəsilmiş başı ilə video yükləyib.

Mohnun YouTube-a yüklədiyi 14 dəqiqəlik video 6 saat sonra platformadan silinib. Adam bir çox insanın onu “məsih” kimi gördüyünü və prezident olmasını istədiyini iddia edib.

Yaxınlarını Bayden hökumətinə işləyən qohumlarını öldürməyə çağırıb.

“Kommunistləri və mühacirləri” söyən Mohn yüksək vəzifəli dövlət məmurlarını öldürənlərə 1 milyon dollar mükafat təklif edib.

Mohn videoda “Bu, 20 ildən çox federal işçi olan Mayk Mohn və atamın başıdır. Artıq vətəninə xəyanət etmiş bir xain kimi əbədiyyətini cəhənnəmdə keçirəcək” deyib.

Əfsanə

Manşet.az


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv