Hindistanın Madhya Pradeş ştatında atəşfəşanlıq fabrikində partlayış baş verib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, partlayış nəticəsində 11 nəfər ölüb, 65 nəfər yaralanıb.
Digər tərəfdən çoxlu adamın fabrikdə qapalı qaldığı bildirilib.
Partlayış nəticəsində ətrafdakı evlərə və mağazalara ziyan dəyib.
Partlayışda 60 ev zərər görüb.
50-dən çox yanğınsöndürən hadisə yerinə gəlib.
Əfsanə Rəcəb
Manşet.az