Braziliyada 4 milyon dollara satılan Nelore inəyi "ən bahalı inək" rekordunu qırıb.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, inəyin hərracda satıldığı bildirilib.
Kameralar və silahlı mühafizəçilər tərəfindən qorunan Viatina-19 FIV Mara Movéis adlı inəyin 1100 kilo olduğu qeyd olunub.
Onun bu qədər baha olmasının səbəbi ət üçün yetişdirilən Nelore cinsinə ideal nümunə olmasıdır.
Hətta övlad yetişdirmək üçün Viatina-19-dan yumurta hüceyrələrinin alınmasının dəyəri 250 min dollardır.
Əfsanə Rəcəb
Manşet.az