ABŞ-ın Luiziana ştatında uşaqlara qarşı cinsi zorakılığa görə məhkum olunmuş şəxslərin kastrasiya edilməsini təklif edən qanun layihəsi qəbul edilib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, ştat qanunverici orqanı qanun layihəsini imzalanması üçün ştatın qubernatoru Ceff Landriyə göndərib.
Qanun layihəsi 24 əleyhinə 74 səslə qəbul edilib. Qanun hakimlərə bu proseduru 13 yaşından kiçik uşağa qarşı ciddi cinsi cinayət törədən kişi və ya qadınlara tətbiq etməyə icazə verəcək.
Prosedur məhkumun həbs cəzasını çəkməsindən ən azı bir həftə sonra həyata keçiriləcək.
Luiziana, digər tərəfdən, ABŞ-da ən yüksək qanunsuz məhkumluq dərəcələrindən birinə sahibdir.
Əfsanə Rəcəb
Manşet.az