Qəzza ilə bağlı müzakirələr üçün İstanbula səfər edən İranın xarici işlər nazirinin müavini Əli Bağeri Kani Türkiyə mətbuatına yeni açıqlamalar verib.
Manset.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, "Türkiyə-İran əlaqələrinin gələcəyi parlaqdır" mesajını verən Əli Bağeri İsrailə meydan oxuyub və Livana böyük bir hücum hazırladığını açıqlayıb.
Həmçinin o qeyd edib ki, İranın nüvə proqramı və fəaliiyəti Beynəlxalq Atom Enerjisi Agentliyinin nəzarəti altındadır.