Meksikanın Gerrero əyalətindəki Kopala şəhərinin yeni meri Salvador Villalba şosedə avtomobildən düşürülərək həyat yoldaşının gözü qarşısında güllələnərək öldürülüb.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, polis hücumla bağlı araşdırma başladıb.
Guerrero əyalət prokurorluğundan verilən açıqlamada bələdiyyə sədrinin qətlinin pislənib.
Yerli mətbuatda dərc olunan xəbərlərdə bir müddətdir təhdid edilən Villalbanın milli qvardiyaların himayəsində olduğu bildirilib.
Villalba iyunun 2-də keçirilən seçkilərdə Kopala şəhərinin meri seçilib.
Qeyd edək ki, 2023-cü ilin sentyabrından Meksikada öldürülən siyasətçilərin sayı 34-ə yüksəlib.
Əfsanə Rəcəb
Manşet.az