ABŞ prezidentliyinə namizəd Donald Tramp Rusiyanın dövlət başçısı Vladimir Putinlə danışıqlar aparır.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, "Respublikaçılar Partiyasının namizədi Ukrayna ilə bağlı əvvəllər açıqlanmayan plan çərçivəsində, NATO-nun şərqə - xüsusilə Ukrayna və Gürcüstana doğru genişlənməməsi öhdəliyini nəzərdə tutan bir sövdələşmə barədə düşünür və Rusiya Prezidenti Vladimir Putinlə Moskvanın Ukrayna ərazisinin hansı hissəsini özündə saxlaya biləcəyi barədə danışıqlar aparır", - deyə ABŞ mətbuatı məlumat verib.
Qeyd edək ki, Tramp seçki kampaniyası zamanı prezident olacağı təqdirdə Ukraynadakı müharibəni 24 saat ərzində bitirə biləcəyini iddia edib.
Fidan Əliyeva
Manşet.az