"Hər iki tərəf artıq taqətdən düşmək üzrədir" 

16:25 - 15 May 2025

\"Hər iki tərəf artıq taqətdən düşmək üzrədir\" 

"Bu gün Türkiyədə Rusiya və Ukrayna arasında mümkün sülhün müzakirə olunması sülhə doğru atılmış bir addım kimi qiymətləndirilə bilər".


Bunu Manset.az-a açıqlamasında deputat Hikmət Babaoğlu deyib.

O bildirib ki, bu sadəcə ilk addımdır:

"Çünki tərəflərin mövqeləri bir-birindən kəskin şəkildə fərqlənir. Hər iki tərəf artıq taqətdən düşmək üzrədir və bu danışıqlara hərbi qarşıdurmanın, müharibənin diqtə etdiyi ağır şərtlər altında gəlirlər.

Eyni zamanda, hər iki tərəfin müəyyən istəyi var: özünü qalib tərəf kimi göstərmək. Belə bir şəraitdə ortaq məxrəcə gəlmək, nəyinsə ətrafında razılıq əldə etmək olduqca çətindir. Buna görə də ümid edək ki, bu görüşdə müəyyən çərçivələr müəyyənləşdirilə biləcək və bu çərçivə əsasında gələcəkdə ya atəşkəs, ya da sülh razılaşması əldə ediləcək".

Deputat qeyd edib ki, hər bir halda bu təmaslar ilkin mərhələ baxımından çox vacibdir:

"Nəticə etibarilə hansısa məqsədə çatmaq üçün mütləq ilk addım atılmalıdır. Hesab edək ki, bu atılan addım gələcəkdə sülhün bərqərar olmasına xidmət edəcək".


Seyranə Quliyeva


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv