Bu ilin yanvar ayında vəfat edən aktyor Azər Baxşəliyevin məzar daşı hazırlanıb.
Manset.az xəbər verir ki, bu barədə onun yaxınları məlumat verib.
Qeyd edək ki, “Ağsaqqal” obrazı ilə tamaşaçıların yaddaşında qalan Azər Baxşəliyev uzun illər böyrək çatışmazlığından əziyyət çəkirdi.
O, 5 yanvar tarixində "Qurd qapısı" qəbiristanlığında torpağa tapşırılıb.