"Bu hücumlar, Azərbaycanın Ukrayna ilə münasibətlərini hədəf alır" - Deputat

13:36 - 19 Avqust 2025

\"Bu hücumlar, Azərbaycanın Ukrayna ilə münasibətlərini hədəf alır\" - Deputat

"Rusiyanın Azərbaycana məxsus enerji obyektlərinə artıq ikinci dəfə hücum etməsi, bu hərəkətlərin təsadüfən edilmədiyini göstərir. Bu hücumlar, yalnız Azərbaycanın Ukrayna ilə münasibətlərini hədəf alır, eyni zamanda regionda alternativ enerji marşrutlarına da təzyiq məqsədi güdür".


Bu sözləri Manset.az-a açıqlamasında deputat Hikmət Babaoğlu deyib.

Onun sözlərinə görə, Rusiyanın başqa bir seçim imkanı yoxdur:

"Keçmişdə, Rusiyanın iqtisadiyyatı əsasən hərbi sənaye ilə ayaqda qalırdı. Lakin bu gün təcrübə göstərir ki, müasir hərbi sənaye sahəsində Rusiya artıq çox geridə qalıb. İkinci olaraq, Rusiyanın iqtisadiyyatını dəstəkləyən ən mühüm amil enerji resursları idi, lakin indi bu sahəyə qarşı ciddi sanksiyalar tətbiq edilir.

Belə bir vəziyyətdə Rusiyanın atdığı addımların iki əsas məqsədi var: Birincisi, Azərbaycan-Ukrayna münasibətlərinə müdaxilə edərək, iki müstəqil dövlətin əməkdaşlığını və tərəfdaşlığını hədəf almaq. Bu, yolverilməzdir. İkincisi, dünyaya mesaj verməkdir ki, mənim ənənəvi enerji bazarıma kim girəcəksə, bu mənim müdaxiləm və təzyiqimlə qarşılaşacaq. Ancaq bu yanaşmaların heç biri çıxış yolu deyil".

Deputat qeyd edib ki, dünya artıq yeni bir mərhələyə qədəm qoyur:

"Liberal iqtisadiyyat və qarşılıqlı maraqlara əsaslanan əməkdaşlıq ön plana çıxır. Lakin Rusiya bunu qəbul edə bilmir, çünki imperialist məqsədlərindən geri çəkilmək istəmir. Üstəlik, Qərbdən sıxışdırılan Rusiya Alyaskada nəticə əldə edə bilmədi və bundan sonra Atlantikada da sıxışdırılmağa başlayacaq. Bu isə Rusiyanı daha da aqressivləşdirir və alternativ enerji əməkdaşlıqlarına qarşı terror aktları törətməyə vadar edir. Lakin bu yanaşma da nəticəsiz olacaq".


Seyranə Quliyeva


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az