Xəbər verdiyimiz kimi, Azərbaycanda ictimai nəqliyyatın - metro və avtobusların qiyməti artırılaraq 60 qəpik olub. Yeni qərar oktyabrın 1-dən tətbiq olunacaq.
Bəs digər ictimai nəqliyyat vasitəsi olan dəmir yolu qatarlarında da gediş haqqı artımı gözlənilirmi?
Məsələ ilə bağlı Manset.az “Azərbaycan Dəmir Yolları” QSC-yə sorğu ünvanlayıb.
Qurumun Mətbuat katibi Bəxtiyar Hacıyev sorğuya cavab olaraq bildirilib ki, hazırda dəmir yollarında gediş haqqının artırılması nəzərdə tutulmur.
Fidan Vəlisoy