Azərbaycanda bu şəxslər dövlətdən ömürlük vəsait ala bilər

13:56 - 19 Noyabr 2025

Azərbaycanda bu şəxslər dövlətdən ömürlük vəsait ala bilər

Azərbaycanda bəzi dövlət qulluqçularının ömürlük təqaüd alma hüququ var. Belə ki, pensiya yaşına çatdıqda və ya əlillik səbəbindən könüllü olaraq işdən çıxdıqda, onlara veriləcək müavinətin məbləği müəyyən şərtlərə əsasən hesablanır.


Manset.az-ın əldə etdiyi məlumata görə, əgər dövlət qulluqçusunun minimum qulluq stajı (15 il) və əmək pensiyası almaq hüququ yoxdursa, müavinət onların işdən çıxdığı aydan əvvəlki 12 təqvim ayının orta aylıq maaşına əsasən hesablanmalıdır.

Qanunvericiliyə əsasən, 12 ay və ya daha az müddət dövlət qulluğunda xidmət etmiş şəxslərə müavinət, faktiki olaraq xidmət etdikləri tam aylar əsasında müəyyən edilir. Dövlət qulluqçusunun maaşı, əsas vəzifə maaşı, mükafatlar və ixtisas dərəcəsi, qulluq stajı və digər amillərə görə verilən əlavələrdən ibarətdir.

Sözügedən aylıq müavinət dövlət qulluqçusunun axırıncı əsas vəzifəsi üzrə aldığı maaşın 15 faizi ilə müəyyən edilir. Bu qayda, Azərbaycanda dövlət qulluqçularının pensiya yaşına çatması və ya əlillik səbəbindən işdən ayrılmaları halında onlara maliyyə dəstəyi təmin etmək məqsədi daşıyır. 

Qeyd edək ki, ömürlük təyin edilən müavinətin ödənişi şəxs yenidən dövlət qulluğuna təyin olunduğu halda dayandırılır.


Fidan Vəlisoy


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az