Nadir Bayramlının yubileyinə həsr olunmuş konsert keçiriləcək.
Manset.az xəbər verir ki, 16 fevral tarixində Opera Studiyasında “Nəğməli Axşam” adlı konsert baş tutacaq. Tədbir sevilən sənətçi Nadir Bayramlının yubileyinə həsr olunub.
“Dostlar əhatəsində” formatında keçiriləcək gecədə Nadir Bayramlı ilə yanaşı, onun sənət dostları və tanınmış ifaçılar zəngin və yaddaqalan musiqi proqramı təqdim edəcəklər.
Konsertə biletləri iticket.az vasitəsilə əldə etmək mümkündür.