“İran dronları tərəfindən Naxçıvan Hava Limanının vurulması şiddətlə qınanılmalı bir hadisədir”.
Bu sözləri Manset.az-a açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib. O bildirib ki, bu, beynəlxalq hüququn, qonşuluq siyasətinin pozulması deməkdir:

“Azərbaycanın mövqeyi qarşısında İranın qeyri-adekvat davranışıdır. Şübhəsiz ki, Azərbaycan güclü dövlətdir, öz ərazisini və öz xalqının təhlükəsizliyi qorumağa qadir dövlətdir. Bu cür məsələlərdə də Azərbaycan beynəlxalq hüquqdan çıxış edərək belə hallara qarşı qətiyyətli mövqe nümayiş etdirir. İranın bu hərəkətinə qarşı da Azərbaycan cavab vermək hüququnu özündə saxlayır”.
Fidan Vəlisoy