Bakıda müştərinin aldığı çörəyin içindən həşərat çıxıb.
Bu şikayətlə Manset.az-a müraciət edən vətəndaş Alim Qasımzadə iddia edir ki, evdə çörəyi kəsən zaman içərisində qaraltı olub, sonradan bunun kəpənək olduğunu görüb. Videoda da həşərat aydın şəkildə görünür.
Məsələ ilə bağlı Manset.az xəbər portalı Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinə (AQTA) müraciət etsə də, sorğumuza cavab verilməyib.