Azərbaycanda fəaliyyət göstərən “Süvari” mağazasından alış-veriş edən tanınmış usta məhsulun keyfiyyətindən narazıdır.
Manset.az xəbər verir ki, “Sahil usta” kimi tanınan Sahil Ağabəyli, 125 manata adıçəkilən mağazadan aldığı şalvarı cəmi 2-3 dəfə geyindikdən sonra diz hissəsində rəng dəyişikliyi yaranıb. O iddia edir ki, günəş şüasının təsiri nəticəsində şalvarın dizləri qıpqırmızı rəng alıb.
Müştəri bildirib ki, məhsulu mağazaya geri aparsa da, məsələ yerində həll edilməyib. Onun sözlərinə görə, mağaza əməkdaşları məhsulun istehsalçısı tərəfindən araşdırılmalı olduğunu bildirərək, bunun üçün Türkiyədən mütəxəssislərin gəlib baxmalı olduqlarını deyiblər.
Müştəri baha qiymətə aldığı şalvarın yararsız hala düşməsini qəbul etmir, problemin həllini tələb edir.